Şeirlər

Osman Sarıvəlli. "Canavar"

Mal-qara dilini vurmaz, gövşəyər,
Onlar doymuşlarsa alafdan əgər. 
Lakin boz canavar tox olduqda da,
Çöldə heyvan tapıb dağıtmaq istər.

İti, ac gözləri doymaq bilməyir, 
Onun iştahası hər zaman vardır.
Qurd deyən də olur, lakin nə fərqi, 
O maral deyildir, o canavardır.