Bəyaz adamın izi
Aliyə bağayarpağı tapdı, yarpağı su ilə yudu, onu daşın üzərinə qoydu:
-Hər şey qaydasındadır. Getdik!
Biz yolumuza davam etdik.
-Bağayarpağı-yaxşı bitkidir. Mən onu çox sevirəm, bəs sən?
-Mən də onu sevirəm. Bəs sən bilirsənmi ki, Cənubi Amerikada yaşamış hindular onu heç sevmirdilər.
Mən Aliyəyə bağayarpağının əvvəllər Cənubi Amerikada bitmədiyi haqqında danışdım. İspanların Amerikaya gəlişindən sonra bağayarpağı orada peyda oldu. Müşahidəli hindular həmin an fikir verdilər ki, bəyaz adamın keçdiyi yerdə naməlum bitki bitir. Onlar onu “bəyaz adamın izi” adlandırdılar.
-Bəs nə üçün orada bağayarpağı bitirdi?-Aliyə soruşdu.
-Özün fikirləş-mən ona cavabın əvəzində dedim. Demək bağayarpağı yolların kənarlarında bitir. Həqiqətən də o yolların kənarlarında bitir. Hərdən əgər yol az keçilmişsə və heç kəs bağayarpağını tapdalamayıbsa, o zaman bağayarpağı bütün yolu bürüyür. İndi isə bax. Mən torpağa sıxılmış bağayarpağının yastı yarpaqlarının aralarında bitən hündür zoğu qırdım. Zoğun aşağı hissəsi hamar idi, yuxarı hissəsi isə bir-birinə sıxılmış xırda bərk düyürcəklərlə örtülmüşdü. Mən zoğu ovcumda sıxıb aşağı hissəsindən dartdım. Balaca düyürcəklər mənim ovcumda qaldılar.
-Bu bağayarpağının toxumları idi. İndi başa düşdün?
-Xeyr,- Aliyə boynuna aldı və susdu.
-Bu ki, çox sadədir. Bağayarpağının toxumları yola səpələnirlər. Adam keçəndə toxumlar onun ayaqqabısına yapışır və haradasa qopurlar, başqa bir bağayarpağı bitir. Cənubi Amerikaya da bağayarpağı ispanların çəkməsində gəlib.
Biz bir neçə dəqiqə dinməz getdik. Ancaq Aliyə yəqin ki, bu müddət ərzində bağayarpağı haqqında düşünürdü, ona görə ki, biz başqa cığıra dönəndə o dayanıb öz səndəllərinə baxırdı.
-Məndə heç nə yoxdur!-o dedi.-Bağayarpağı toxumları mənə yapışmayıbdır.
-Hələ bilmək olmaz. Bəlkə də bir toxumcuq haradasa gizlənib. Bu çox da vacib deyil. Yaxşı olardı ki, sən öz paltarını təmizləyəsən.
-Çirklənmişəm?-üst-başına baxaraq Aliyə təəccübləndi. Oy, necə də abırsızdılar! Birdən qışıqıraraq, yapışımış tikanları paltarından qopartmağa başladı. Onların içində pişikdilinin kiçik və yastı cücərtiləri, şalğamın yumru düyürcəkləri və balaca yapışqanlı sürvə fincanları var idi.
-Necə də arsızdılar!-Aliyə təkrar etdi, qoparılmış bəhrələri yerə atdı.
-Onlar necə də hiyləgərcəsinə yapşımağı bacarırlar.
-Bilirsən, Aliyə, sən indi küləyə bənzəyirsən: bitkilərin səyahət etməyinə kömək edirsən.
Aliyə mənim üzümə sual dolu nəzərlərlə baxdı.
Mən Aliyəyə nə qanadcıqları, nədəki balaca paraşutları olmayan şalğamın, pişikdilinin, sürvə toxumlarının necə səyahət etmələri barədə danışdım. Onlar səyahət etməyin üsulunu tapıblar. Onlar heyvan qaçanda, quş qonanda, adam keçəndə yapışırlar. Bu toxumları qoparıb yerə atmayana qədər beləcə də gedirlər. Haraya düşsələr-ora onların yeni evləridir. Biz evə gedəndə Aliyə elə hey gülümsəyirdi. O, növbəti kiçik bir sirr öyrəndiyi üçün sevinirdi.
23.10.2018