Bu maraqlıdır!

Qeyb olmuş qitə – Atlantida

Qədim yunanlardan bizə Atlantida adlanan qeyb olmuş ada və ya qitə barədə əfsanələr gəlib çatıb. İnsanlar həmişə Atlantidanın Atlantik okeanında, Cəbəllütariq boğazından qərbdə yerləşdiyini və Yer kürəsinin cənnəti olduğunu düşünüblər. 
 
Əfsanəyə görə, Atlantida Avropanın cənub-qərb, Afrikanın şimal-qərb ərazilərini işğal etmiş qüdrətli krallıq olmuşdur. Onların şərqə doğru istilasının qarşısını qədim Yunanıstanın əhalisi — afinalılar almışdır. 
 
Bu hadisədən sonra Atlantida sakinləri xeyirxahlıqdan uzaqlaşaraq günah əməllər törətməyə başladılar. Bunun nəticəsində atlantidalılar şər qüvvələri oyatdılar və bu nəhəng qitə okeanın dərinliklərinə qərq oldu. Atlantida haqqında əfsanələrə eramızdan 300 il əvvəl yaşamış Platonun əsərlərində rast gəlinir. 
 
Orta əsrlərdə insanlar Atlantida haqqındakı əfsanələrə inanır və bu qitəni tapmaq üçün çoxsaylı ekspedisiyalar təşkil edirdilər. Hətta indi də bu qitənin mövcud olmasına inananlar var.