Şeirlər

Ələmdar Quluzadə. "Cəfərin dəftəri"

Səfər bircə dəfə də
Səhv eləmir yazanda,
Səfər gülür Cəfərə
Yazdığını pozanda.

 

Səfərin dəftərində
Nə ləkə var, nə qara,
Cəfərin dəftərləri
Qapqaradır, qapqara.

 

Misal çətin olanda 
Cəfər batır qan-tərə,
Cəfər ləkə salmır ha,
Tər tökülür dəftərə.