Bu maraqlıdır!

Uşaqlarda öyrənmə çətinliyi özünü necə büruzə verir

Hər bir uşağın qavrama qabiliyyətləri özünəməxsusdur və uşaqların məlumatı mənimsəmə sürəti müxtəlif yaş dövrlərində fərqlənir. 
 
Adətən uşaqlar rəqəmlər və hərflər ilə tanış olduqları zaman öyrənmək məsələsində çətinliklər yaşayırlar. Bu, müəllimlər və valideynlər tərəfindən də qeyd olunur. “Xüsusi öyrənmə çətinliyi” adını alan bu vəziyyət olduqca mürəkkəb bir prosesdir. Bu çətinlik məktəbdə onların həvəs göstərməsinə mane olur və öyrənmə əsnasında uşaqların məlumat alma bacarığının zəifləməsinə səbəb ola bilir.  
 

Öyrənmə çətinliyi özünü bu şəkildə göstərir:
- Hər hansı bir sözü oxuyarkən onu yanlış oxumaq və ya yavaş sürətlə oxumaq 
- Oxunulan hər hansı sözü, cümləni anlamaqda çətinlik yaşamaq, yəni uşaq mətni düzgün şəkildə oxuya bilər, lakin cümlənin tərkibindəki məlumatları anlaya bilməz, anlamadan oxuyub üstündən keçər
- Hərf-hərf söyləmək və yazma çətinlikləri, hərfləri yaddan çıxararaq oxuma və yazma problemi yaşamaq
- İmla və dilin qaydalarını istifadə etməkdə çətinlik çəkmək
- Riyazi biliklərdə məlumat azlığı, rəqəmləri tanıma, rəqəmləri doğru şəkildə yazma çətinliyi 
 
Uşaqların bir çoxu hər hansı bir məlumatı tez qəbul edərək çox erkən yaşda öyrənir, bəziləri isə çox gec qəbul edir. Bu çətinliyin qarşısı erkən alınarsa, uşağın həmin problemi həll olunar. Bunun üçün isə valideynlə müəllimin mütəmadi əlaqəsi olmalıdır.