Ledibauer su anbarı
Ledibauer su anbarı İngilis krallığı Derbişirdə yerləşir. Sahəsi 210 hektar, uzunluğu 4 km, orta dərinliyi isə 29 metrdir.
Eşop və Dərvənt çaylarından tökülən su ehtiyatına malikdir. 1935-ci ildə tikintisinə başlanılıb. 2-ci dünya müharibəsinə görə iş uzanıb. Anbarın doldurulması, bəndin tikilməsinə və iki Eşopton və Ledibauer körpülərinin tiklməsinə xeyli vaxt gedib. 1945-ci il 25 sentyabr tarixində açılışı olub. VI Kral Georq və Kraliça Yelizaveta açılışda iştirak ediblər. Anbar “Y” formalıdır. Anbarın su ehtiyatı dolduqda (6300000000 galon) qalan su digər iki 24 və 4,6 metrlik saxlanca tökülür. Böyük rezervuarın uzunluğu 4,8 km-dir. Dünyada bu formalı su anbarları tək deyil, lakin ən böyüyü Ledibauerdir.
02.10.2018