Nağıllar, hekayələr

Ay nə üçün orağa oxşayır

Lap çoxdan insanlar hiss ediblər ki, ay səmada heç də həmişə eyni olmur. Onu hərdən ulduzların içərisində nazik oraq şəklində görmək olar, ya diskin bir yarısını, ya da bütün hamısıını. Bu cürbəcür ay fiqurlarını alim astronomlar fazalar adlandırırlar. Uzun müddət heç kəsin ağlına gəlmirdi ki, ay öz fazalarını necə dəyişdirir. Hətta belə günlər olur ki, ay səmada görünmür. Qədim Yunan əfsanəsində belə bir hekayə var.

Lap keçmiş zamanlarda titan Qeperonun və onun həyat yoldaşı Teyin 3 uşağı olur. Oğlunu Helios, iki qızını isə Selena və Eos adlandırırlar. Qeperonun ailə səadətinə bədxah qardaşları paxıllıq edirlər, uşaqları məhv etmək istəyirlər. Mehriban tanrılar uşaqları xilas etdilər, Heliosu günəşə, Selenanı aya, Eosu isə sübh şəfəqlərinə çevirdilər.

O vaxtdan Heliosun (günəşin) növbəsindən sonra, Eos sönürdü (sübh şəfəqləri), hər gecə səmaya Selena (ay) çıxırdı. Bir dəfə Selena yerdə gözəl bir gənci, ovçu Endimonu gördü və ona aşiq oldu. Lakin ay adam ilə necə görüşəcəkdi?

Onda Selena Zevsə müraciət etdi. O əmr etdi ki, ovçunu çağırsınlar.

Nə istəyirsən tələb et! Zevs Endimiona dedi, o elə fikirləşirdi ki, bu oğlan ayı gözəl qadın şəklində görmək istəyəcək. Lakin o, ömürlük cavanlıq istədi.

Yaxşı cavan oğlan, mən sənin arzunu yerinə yetirəcəyəm. Lakin gənclik sənin əbədi yuxunda olacaq.

O vaxtdan artıq çox əsrlər keçib. Endiomionuisə əlçatmaz bir mağarada hündür dağda yatır və hər gecə kədərli Selena səmadan yerə düşür ki, yatan gənci seyr etsin. Kədərlənir və ağlayır. Və bu vaxt heç kəs onu göyün dərinliyində görə bilmir. Sonra kədərli Selena-Ay nazik oraq şəklində günəşin şəfəqləri altında görünür.

Hər gün bu oraq ölçüsünü artırır və 7 gündən sonra bizim başımızın üstündə Ayın yarısı olur. Bu fazanı astronomlar birinci dekada adlandırırla.

Bir 7 gün də keçir səmada ay bütöv şəklində olur. Buna bədrlənmiş ay deyirlər. Sonra ay təzədən “arıqlamağa” başlayır, elə bil onu kimsə qırağından gəmirir. 7 gündən sonra yenə yarısı qalır. Lakin bu birinci rübdə olan ay kimi deyil, əksinə olaraq kürəyi günəşə tərəfə olur. Bu faza-axırıncı dekada adlanır.

Yenə də hər gecə 7 gün ərzində müşahidə edirsən ki, ay orağı necə azalır. Ay nə vaxt tamamilə göy qübbəsindən itirsə, təzə ayın çıxması başlanır.

29,5 (iyirmi doqquz yarım) gün təzə ayı o biri təzə aydan ayırır. Buna görə də ta qədimlərdən vaxtı ay fazaları ilə ölçürdülər. Bir fazadan o birinə 7 gün, həftə, bir təzə aydan o birinə bir ay adlanırdı