Yanıltmaclar
Acdım sac asdım, yadımdan çıxdı küllənməmiş asdım.
***
Ağ inək o tayda ayağın yalayır, nənəm də bu tayda ağın yamayır.
***
Alişlə Memiş məhkəməyə getmiş, məhkəmədə məhkəmələşmişlərmi, məhkəmələşməmişlərmi?
***
Ay ağ qılquyruq qırqovul, qara qılquyruq qırqovulu gördünmü?
***
Bacadan damcı düşdü şıp nənəmin barmağına.
***
Bayramlaşmasaz da bayramlaşacıq.
***
Bir bərbər o biri bərbərə dedi ki, bir bəri bax.
***
Boz atın boz torbasın boş as başından, apar islat, gətir yaş as başından.
***
Bu mis nə pis mis imiş; bu mis Kaşan misi imiş.
29.09.2018