Cins şalvarlar necə yaranıb
Müasir dövrdə elə bir insan tapmaq çətindir ki, qarderobunda ən azı bir cins materialdan hazırlanmış geyim olmasın. Bəs bu geyim növü gündəlik həyatımıza necə daxil olub?
İlk cinslər 1853-cü ildə amerikan sahibkar Livay Straus tərəfindən hazırlanmışdır. O, əvvələr qızıl axtaranlar üçün çadır tikirdi. İşçilərin, şalvarlarının bir həftəyə cırıldığı şikayətlərini eşidən Livay onlara çadır tikdiyi parçadan şalvar tikməyi qərara alır. Sıx pambıq parçalardan hazırlanan bu geyim kəndli fermerlər üçün nəzərdə tutulmuşdu. İlk dövrlərdən dözümlülüyü ilə seçilən bu şalvarlar 1960-cı illərdə dünya modasında “cins inqilabı”ndan sonra əvəzedilməz geyim növünə çevrildi. İndi dünyanın ən məhşur cins brendlərindən biri Straussun adını daşıyır- Levi’s.
Cins adı dilimizə ingilis dilindən keçmişdir və “jeans” sözünün kökü İtaliyanın Genuya şəhəri ilə bağlıdır. Bu şəhər tekstil fabrikləri və pambıq növü ilə məşhur idi. Cins şalvarların ingilis dilində digər adı “denim” isə parçaların möhkəmliyinə görə məşhur olan Fransanın Nim şəhəri ilə bağlıdır.
28.09.2018