İnsanların bioloji saatı
Normal adamlar gecələr 8 saat yatır, 16 saat isə oyaq qalırlar. Bu ritm 24 saat ərzində orqanizmdə cürbəcür dəyişikliklərlə əvəz olunur. Bizim bədənimizin temperaturu gündüz qalxır, axşama qədər maksimal dərəcəyə çatır və səhər tezdən biz yatdığımız zaman minimal dərəcəyə enir.
Çox insanlarda maksimal iş bacarığı günün birinci yarısının axırında artır, nahar fasiləsindən sonra isə azalır. Demək olar ki, bütün bu proseslər proqlamlaşdırılıb. Gecələr insanların iş qabiliyyəti aşağı düşür. Bu həm əzələlərin işinə, həm də intellektə aid edilir. Bizim orqanizmin 24 saatlıq həyatının ritmlərdən ibarət olmasına aid biz bir çox misallar gətirə bilərik.
Əlbəttə, bu onu sübut etmir ki, bizim daxilimizdə olan bioloji saat orqanizmimizin işini xarici hadisələrdən asılı olmayaraq tənzimləyir. Ola bilsin ki, bizim orqanizm sadəcə olaraq gecə və gündüzün dəyişməsinə cavab verir. Əgər insan bu işıq ritmlərini, yəni gecə və gündüzün dəyişməsini hiss etməsə nələr baş verər?
Bu suala cavab vermək üçün könüllüləri yerin altına endirirlər. Onlar Günəşin saçıb saçmadığını görə bilmirdilər, çünki onlarda saat yox idi. Qalan hər şeydə onların həyatı çox gözəl keçirdi, onlar oxuya bilərdilər, musiqiyə qulaq asa bilərdilər, yemək hazırlayırdılar, istədikləri vaxt yatırdılar.
Bu təcrübələrin nəticəsi maraqlı alındı. Dövrilik saxlanılmışdı: vaxtın üçdən biri yuxuya, qalanı isə oyaq qalmağa ayrılmışdı.
Lakin yuxu vaxtı ilə oyaq qalmaya 24 saat deyil, 25 saat gedirdi. Bütün dünyadan uzaqlaşdırılmış insanlar hər gün bir saat gec durur və bir saat gec yatırdılar. Yerin altına endirilmiş adamlarla keçirilən təcrübələr onu göstərdi ki, adamların özlərinin daxilindəki “bioloji saat”, əgər işıq və qaranlığın dəyişməsinin təsiri olmasa gözlənildiyindən daha yavaş işləyir.
27.09.2018