Görkəmli şəxsiyyətlər

Fateh Sultan Mehmet

Fateh Sultan Mehmet və ya 2-ci Mehmet Osmanlı imperiyasının 7-ci padşahı olmuşdur. 30 mart 1432-ci ildə Ədirnədə dünyaya gəlmişdir. 1453-cü ildə, 21 yaşında İstanbul (əvvəlki adı Konstantinopol) şəhərini fəth edərək 1000 əsrlik Bizans imperatorluğunun varlığına son qoymuşdur. Bir çox tarixçi tərəfindən bu hadisə Orta əsrlər dövrünün sonu Yeni dövrün başlanğıcı kimi qəbul edilir. Böyük sərkərdə uşaqlığından çox yüksək dünyəvi, dini və hərbi təhsil görmüş və öz ana dili olan türkcədən başqa 8 dildə (ərəb, fars, ivrit, italyan, yunan, latın, serb və keldani) danışırdı. Fateh Sultan Mehmet elmə və incəsənətə böyük maraq göstərər, sarayında alimləri və incəsənət adamlarını dair himayə edərdi. Fateh Sultan Mehmet Maltəpə yaxınlığındakı ordugahında 3 may 1481-ci ildə vəfat etdi. Ölüm səbəbi olaraq nikris xəstəliyi göstərilsə də, zəhərlənərək öldüyü də bəzi mənbələrdə göstərilir. Öz adına inşa etdirdiyi məsciddəki türbəsinə dəfn edilmişdir.
 
Şahzadə Mehmet və müəllimi 
 
Sultan Mehmet uşaq vaxtı olduqca nadinc və ipə-sapa yatmayan bir xarakterə sahibdi. Dərs vaxtı etdiyi dəcəlliklə daim müəllimi Ağşəmsəddini hövsələdən çıxarırdı. Müəllimi ona əsəbləşən zaman isə “mən padşahın oğluyam, mənə heç nə edə bilməzsən” deyə hədələyirdi. Müəllimi utandığından şahzadə Mehmetin atası Sultan Murada heç nə deyə bilmirdi. Ancaq günlər keçdikcə şahzadə Mehmetin hərəkətləri artıq dözülməz hal almışdı. Bir gün müəllim bu barədə Sultan Murada bildirdikdə padşah onun qulağına nə isə pıçıldadı. Eşitdiyi sözlərdən heyrətə gələn müəllim “mən bunu edə bilmərəm” dedisə də, Sultan Murad “mən sənə əmr edirəm” söylədi.
  
Növbəti gün dərs zamanı şahzadə Mehmet yenə də dəcəllik edib müəllimi hədələyən zaman qəfil qapı açıldı və Sultan Murad içəri daxil oldu. Müəllim Ağşəmsəddin ayağa durub padşahın üstünə qışdıraraq “bu nə tərbiyəsizlikdir, qapını döymədən içəri girirsən?!” dedi və Sultana şillə vurdu. Sultan Murad yazıq halda üzr istədi və otaqdan çıxdı. Daha sonra qapını döyüb, icazə istəyərək yenə də içəri girdi. Şahzadə Mehmetin heyrətdən gözləri kəlləsinə çıxmışdı. Çox güvəndiyi atası Sultan Murad müəlliminin qarşısında aciz durmuşdu. Həmin hadisədən sonra balaca şahzadə bir daha dəcəllik etməyə cürət etmədi və dərslərini yaxşı oxumağa başladı. Beləcə, Sultan Muradın oğlunun təhsili və tərbiyəsi üçün qurduğu plan işə yaradı.