Ağca və yeddi qnom
“Ağca və yeddi qnom” Uolt Disney kinostudiyasının ilk tammetrajlı cizgi filmidir. Bu cizgi filmi Qrimm qardaşlarının yenidən işləyib hazırladıqları xalq nağılı əsasında ekranlaşdırılmışdır.
Cizgi filmi 570 rəssamın zəhməti ilə 3 il ərzində, bir milyona yaxın şəkil və yarım milyon dollara başa gəlib. Filmin premyerası 1937-ci il dekabrın 21-də Hollivudda keçirilib.
“Ağca və yeddi qnom” cizgi filmi “Oskar” və digər mötəbər mükafatlara layiq görülüb. “Walt Disney Home Video” əyləncə şirkəti bu cizgi filmini dünyanın ən yaxşı cizgi filmləri siyahısına daxil edib.
“Ağca və yeddi qnom” filminin əsas qəhrəmanları yeddi cırtdan qardaşdır. Onlar ögey anasının zülmündən qaçan Ağcanı öz evlərində gizlədirlər. İşə gedərkən Ağcaya yad adamlara qapını açmamağı tapşırırlar. Onlar təhlükə barədə xəbər tutanda isə artıq gec idi, şahzadə cadugərin toruna düşmüşdü. Qəzəblənmiş qnomlar cadugəri təqib edirlər.
Bu zaman qəfildən ildırım çaxır və cadugər məhv olur. Qnomlar şahzadəni torpağa basdırmır, ona şüşə məzar hazırlayıb keşiyində dayanırlar. Amma qəfildən şahzadə Ağcanı öpür və Ağca yenidən canlanır.
22.02.2019