Bu maraqlıdır!

Dəmir niyə paslanır?

Əgər dəmir əşyanı bir neçə gün nəm və rütubətli yerdə saxlasaq sanki qırmızı rəngə boyanıbmış kimi paslanacaq.
 

Pas nədir? Niyə o yalnız dəmir və polad əşyaların üzərində yaranır? Pas dəmirin tərkibindəki oksiddir. O, dəmirin suda həll olmuş oksigenlə “yanması” nəticəsində yaranır. Quru havanın tərkibində belə oksigen olmadığından pas da əmələ gəlmir.

 

Parlaq dəmirin səthinə düşən yağış damcısı çox qısa müddət şəffaf qalır. Dəmir və suyun tərkibindəki oksigen bir-birinə təsir göstərir və nəticədə damcının tərkibində oksid, yəni pas əmələ gəlir. Su damcısı getdikcə qırmızı rəng alır və pas xırda hissəciklər şəklində damcının içərisində üzməyə başlayır. Su buxarlandıqda isə pas dəmirin səthinə çökərək qırmızı təbəqə yaranır.

 

Pas yarandıqdan sonra quru havada da arta bilir. Çünki məsaməli pas ləkəsi havadakı oksigeni özünə hopdurur. Buna görə də pas yarandıqdan sonra onun qarşısını almaq çətinləşir. Dəmir və polad əşyalar uzunömürlü olduğundan onların səthində pas yaranmasının qarşısını almaq çox vacibdir. Bəzən pasın üzərini boya və ya plastmas vasitəsilə örtürlər ki, bu da paslanmanın qarşısını xeyli alır.