Çarli Çaplinin həyat qanunları
1889-cu il aprelin 16-da amerikalı və ingilis kinorejissor, ssenarist, bəstəkar, prodüser və redaktor, dünya kinosunun ən məşhur personajı Çarli Çaplin dünyaya gəlib.
Onun həm də həyatla bağlı maraqlı kəlamları var. Onlardan bir neçəsini təqdim edirik.
- Mənim ağrım kiminsə gülüşünə səbəb ola bilər, ancaq mənim gülüşüm kiminsə ağrısına səbəb olmamalıdır.
- Sadəlik qeyri-sadə məsələdir.
- Güzgü mənim ən yaxın dostumdur. Çünki mən ağladığım zaman o heç vaxt gülmür.
- Düşünmək qabiliyyəti skripka və ya pianoda ifa etmək qabiliyyəti kimidir. Hər gün məşğul olmağı tələb edir.
- Amerika artıq mənə lazım deyil. Mən ora qayıtmayacağam. İsa prezident olsa belə.
- Vətənpərvərlik dünyanın başına gəlmiş ən ağlasığmaz şeydir.
- Bu dünyada heç nə əbədi deyil. Problemlərimiz belə.
- Həyat təkrarlaya bilməyəcəyiniz əsərdir. Ona görə də nə qədər ki, pərdələr enməyib və alqışlar səslənməmiş səhnə bitməyib, oxuyun, ağlayın, rəqs edin, gülün, dolu-dolu yaşayın.
06.06.2018