Sevinc Pərvanə. Dənizlə oyun
Qumdan qala düzəltdik
Bacımla ikimiz.
Xoşu gəldi qaladan,
Gəlib apardı dəniz.
Dəniz heç yorulmadı,
Bizimlə oynamaqdan.
Doymurdu qalaları
Qəfil oğurlamaqdan.
Sabah da gələcəyik,
Bu sahilə biz.
Qumlardan qala quraq,
Əylənsin dəniz.
25.04.2018