Bu maraqlıdır!

Atların ayaq üstə yatdığını bilirsinizmi

Atlar insanlara ən asan alışan heyvanlardandır. Bu ev heyvanları sahiblərini heç vaxt tərk etməzlər.

 

Əvvəllər insanlar maşın əvəzinə atlardan istifadə edirdilər. Atların bədənləri hər zaman 38 dərəcə istilikdə olmalıdır. Bu, onların sağlamlığını qoruyur. 


Bilirsinizmi atlar ayaq üstə yatırlar? Bəs, niyə onlar yatarkən yerə yıxılmırlar? Çünki, atların ayaq sümüklərinin yığıla bilmə qabiliyyəti var. Atlar arpa, buğda kimi bitkilərlə qidalanır və şəkəri də çox sevirlər.