Bu maraqlıdır!

Dünyanın ən isti yeri

Dünyanın ən isti yeri İranın cənub-şərqində yerləşən Dəşti-Lüt səhrasıdır. Bu səhra ölçüsünə görə də İranda Dəşti-Kəvirdən sonra ikinci böyük səhra hesab olunur. Dəşti-Lüt farsca “çılpaq çöl” deməkdir.


Bu səhrada havanın rekord göstəricisi 2005-ci ildə müsbət 70,5 dərəcə qeydə alınıb.


Dəşti-Lüt səhrası şimaldan cənuba 1100 km. məsafəyə uzanır. Dəniz səviyyəsinə görə o Dəşti-Kəvirdən bir neçə yüz metr alçaqda yerləşir.

 

  

Ərazisi 175,000 km2 (İranın ümumi ərazisinin 10% -i), uzunluğu 900 km, eni isə 200 km olan səhrada hətta bakteriyaların da yaşamasına şərait yoxdur. Səhrada havanın orta illik temperatur göstəricisi 49,6 dərəcə, yayda isə 58,3 dərəcə təşkil edir.


Səhranın ərazisində tez-tez qədim çayların qurumuş hövzələrinə rast gəlmək olar. Bu dördüncü dövrdə səhranın böyük sellərə məruz qaldığına dəlalət edir. Bununla belə tamamilə susuz daşlı səhralara rast gəlmək olar. Onları karvanla keçmək çətin olsa da, avtomobillərlə keçmək mümkündür. Dəşti-Lüt səhrasında qumluqlar çox hərəkətlidir. Bəzən yaşayış məntəqələri qumluqların altında qalır, əhali isə köçməli olur. Quyular, kəhrizlər qumla dolur və istifadəyə yararsız olur.