Heraklın altıncı qoçaqlığı. “Heraklın Avginin tövləsini təmizləməsi”
Heraklın göstərdiyi qoçaqlıqların sorağı ölkələri, şəhərləri dolaşaraq dünyanın hər tərəfinə yayılmaqda idi. Hər yerdə adamlar və ilahlar bu qoçağı tərifləyirdilər. Heraklın şöhrəti artdıqca Evrisfey ona daha çox paxıllıq edirdi. Kinli və qorxaq hökmdar görürdü ki, Zevsin oğlu heç bir çətin işdən çəkinmir. Bundan başqa o, qorxmaz nökərin öz ağciyər ağasına ikrahla yanaşdığını da açıq-aydın hiss edirdi. Buna görə də kinli Evrisfey səhərdən axşamadək vurnuxur, qoçaq Heraklı aradan götürməyin, heç olmazsa, rüsvay etməyin yollarını arayırdı. Hiyləgər Heranı yuxuda görmək arzusu ilə yaşayan Evrisfey hər gecə yatmazdan əvvəl bir dolu qədəh arpa arağı içirdi ki, möhkəm yuxulasın. Lakin ilahə Hera hələ heç bir tədbir düşünüb tapa bilmədiyindən Evrisfeyin yuxusuna girmirdi, o da yuxusunda ilahəni deyil, cürbəcür sarsaq şeylər görürdü. Səhər də qəzəbli halda durub dəyənəklə saray qulluqçularını kötəkləyirdi. Onun da gücü köməksiz qulluqçulara çatırdı.
hər şeydən çox xoş gəlirdi.
Xoşagəlməz və çirkin işə göndərildiyindən xəbər tutan Herakl yaman pərt oldu. Bir çox başqa gənclər kimi o da yalnız ox vıyıltısı və qılınc cingiltisi olan işləri təhlükəli sayır və yalnız belə işləri özünə layiq bilirdi. Herakl əsl qoçaqlıq göstərməkdən heç vaxt boyun qaçırmazdı, lakin peyinlikdə eşələnmək onu heç açmırdı. Herakl bu fikirlərdə ikən ağıllı ilahə Afina onun qulağına pıçıldadı ki, bu, adamlar üçün çox faydalı bir işdir. Görülməsi çətin və vacib olan hər bir faydalı iş isə əsl qoçaqlıqdır. Herakl bir qədər düşündükdən sonra vaxtilə özünə verdiyi sözü xatırladı və dinməz-söyləməz böyük bir beli çiyninə alıb Avginin hüzuruna getdi.
qızıl zəncirlərinin cingiltisi eşidilirdi. Herakl ətrafı gəzib tövlələrin arxasındakı uzun dərəyə və dağdan axıb gələn coşğun Alfey və Peney çaylarına baxdı. O, özünə lazım ola biləcək hər şeyi diqqətlə nəzərdən keçirdikdən sonra hökmdar Avginin hüzuruna gəldi. Heraklın qoçaqlığından xəbərdar olan Avgi onu hörmətlə qarşılayıb sarayında Heraklın şərəfinə məclis qurdu. Məclisin şirin yerində Herakl gəlişinin məqsədini açıqladı. O, Avgiyə dedi ki, əgər hökmdarın çobanları öküzləri qovub tövlələrdən çıxarsalar, o, bircə gündə tövlələri təmizləyə bilər. Heraklın belə arxayın-arxayın danışdığını eşidən Avgi bərkdən güldü. Avginin gülüşünü eşidən tövlədəki öküzlər də bir ağızdan böyürüb sanki bu gülüşə səs verdilər. Avginin süfrəsi arxasında oturmuş qonaqlar da öküzlərin böyürtüsünə oxşar bir səslə qəhqəhə çəkib güldülər. Qonaqların ardınca qullar və nökərlər də gülməkdən uğunub getdilər.
Qonaqlardan bəziləri saraydan çıxıb Heraklın çox lovğalandığını cəngavərlərə demişdilər. Cəngavərlər də bunları eşitcək qalxanlarını yerə atıb gülməkdən qəşş elədilər. Çox keçmədən bütün şəhər Heraklı lağa qoyub gülməyə başladı, sehrli öküzlər də öz tövlələrində ayaqlarını yerə vuraraq bərkdən böyürürdülər. Amma Herakl qətiyyən pərt olmadı. Yeməyinə davam edib qarnını möhkəmcə bərkitdi. Avgi isə doyunca güldükdən sonra göz yaşını silib dedi:
Şəhərin bütün əhalisi Heraklın işinə tamaşa etmək üçün axışıb çayların sahilinə gəlmişdi. Heraklın ağır tirləri daşıdığını gördükdə şəhərlilər daha gülmürdülər. Odur ki, başlarını yırğalayır və ona acıyaraq deyirdilər ki, yəqin, bu tanınmış igid ağlını itirib.
Vaxt ötür, bəndlərdə suyun səviyyəsi getdikcə artırdı. Günəş üfüqə endiyi zaman çaylar daşıb bəndləri aşdı. Hər iki çayın suyu bir-birinə qarışıb qüvvətli bir selə çevriərək öküz tövlələrinin yerləşdiyi dərəyə dolmağa başladı. Sel gurultu ilə axıb köpüklənə-köpüklənə peyinlə dolu tövlələrin darvazalarından içəri doldu. Toplaşanlar işin nə yerdə olduğunu anlayanacan sel bütün peyini yudu və tövlənin qarşı tərəfdəki darvazasından çıxarıb geniş çölə yaydı. Adamların bir il ərzində görə bilməyəcəkləri çətin bir işi çaylar yarımca saat ərzində başa çatdırdı. Uzun illərdən bəri ilk dəfə olaraq Avginin tövləsi peyindən təmizləndi.
Avginin tövləsini yumaq nə qədər çətin idisə, günahı yumaq ondan da çətin idi. Odur ki, Heraklın ürəyi heç cür sakitləşmək bilmirdi. Uşaqlarını öz əlilə öldürməsi onun vicdanını rahat buraxmırdı. İndiyədək o, öz gücü və ağlı hesabına altı böyük iş görmüş, dəfələrlə ölümlə üz-üzə gəlmişdi. Lakin günahı unutmaq, ondan xilas olmaq çətindir. Hara getsən, o da səninlə gedir, səni qarabaqara izləyir. İşlətdiyi cinayətin bağışlanması üçün Herakl hələ çox qoçaqlıq göstərməli idi. Vaxt gözləmirdi, tələsmək lazım idi. Bu qəhrəman insan özü üçün müəyyən edilmiş qoçaqlıqları yerinə yetirmədən qocalıb ölmək istəmirdi. Elə buna görə də Herakl tövlənin təmizlənməsinə görə ona çatacaq haqqı verməkdən boyun qaçıran acgöz və xəsis Avgi ilə höcətləşməyib nifrətlə bunları söylədi: