Şeirlər

Rəsul Rza. "Dəniz"

 

 

Göydə bulud oynayanda,

Həm o yanda, həm bu yanda,

Dalğaların qaynayanda,

Mən sənə heyranam, dəniz!

 

Havanın sərxoşluğunda,

Aydınlığın xoşluğunda,

Gecələrin boşluğunda

Nə gözəlsən, sonam dəniz!

 

 

 

 

 

 

 

Duyğu coşub, ürək dolub,

Könül eşqinlə qovrulub.

Nə xoşdur, bir fanar olub

Yollarında yanam, dəniz!

 

Mən çoxdan vurğunam sənə,

Böyük arzum budur yenə:

Dönüb bir göy göyərçinə,

Sahilinə qonam, dəniz!

 

Mən səndən olmaram bezar,

Mənim böyük bir eşqim var.

Sənətkar duyduğun yazar,

Anam dəniz! Anam dəniz!