Kompas nədir və ondan necə istifadə edirlər?
Kompas istiqaməti müəyyənləşdirmək üçün istifadə edilən cihazdır. Kompas vasitəsilə cəhətləri – şimal, cənub, şərq və qərbi müəyyənləşdirmək olur. Kompas təxminən IV-VI əsrlərdə Çində yaranmışdır. Ondan istifadə etmək olduqca asandır: kompasın daxilindəki maqnit əqrəb üfüqi və dairəvi hərəkət edir və daim şimalı göstərir. Şimalı müəyyənləşdirdikdə isə digər cəhətləri təyin etmək asan olur.
Kompasın ixtirası səyahətçilərin işini xeyli asanlaşdırdı. Bu zamana qədər onlar istiqaməti gündüzlər günəşə, gecələr isə ulduzlara görə müəyyənləşdirirdilər.