Həsənəli Eyvazlı. Ləçəklər və damcılar
Yağış yağır astaca,
Gül üstündə göllənir.
Külək yırğaladıqca,
Damcılanıb yellənir.
Ağaçların çiçəyi,
Yerə döşəyib xalı.
Hərəsi bir rəngdədir,
Gilas, ərik, albalı.
Ləçəklərin üstündə,
Rənglənibdi damcılar.
Biri qırmızı, sarı,
Biri narınca çalar.
Dupduru bu damcılar,
Ləçəyin sirdaşıdı.
Еlə bil ki, damcılar,
Çiçəyin göz yaşıdı.