Şeirlər

Coşqun Xəliloğlu. Fərda

Gəl tanıyaq  Fərdanı,
Çox sevir yumurtanı.
Yeyir səhər,  günorta,
Hər dəfə üç yumurta.

 

Nə qədər yesə doymur,
Çox vaxt qabığın soymur.
Başqa şeylə ovutma,
Ver qayğanaq, soyutma.

 

Qayğanaqlı boşqabın
Dibini də yalayır,
Deyir  "heç doymadım ki,
Nə yedim ki..."  ağlayır.

 

Kəndə gedəndə qonaq.
Hinə girərək qoçaq,
Qaz yumurtasın görüb,
Tez əlinə götürüb.

 

Söyləyib nənəsinə:
– Bir söz deyəcəm sənə,
Bu yumurtadan üçün,
Bişirsəniz doyaram,
Qoy lap siz deyən olsun,
Qabığın da soyaram...