Muxtar Qasımzadə. Paxıl arılar
Babamın arıları
Yamanca paxıldılar.
Bağçamızda özləri
Gəzişirlər o ki var.
Ancaq bir gül dərməyə
Bizi qoymurlar ora.
Bütün günü çəpərdən
Yalvarsaq da onlara.
Çiçəkləri həvəslə
Uçub bir-bir sayırlar.
Nə özləri dərirlər,
Nə də bizi qoyurlar.