Vaqif Məmmədov. Göydən beş alma düşsün
Qarlı qış gecəsində
Baba üç nəvəsinə
Нər gün nağıl
deyərdi.
Nağıl sona çatanda
“Göydən üç alma düşər”, -
Nəvələr xəyalında
almaları yeyərdi...
Bir gün nağıl vaxtında
Qonşudan iki uşaq
Nağıl dinləmək üçün
Həvəs ilə gəldilər,
onlara qoşuldular.
Uşaqlar beş oldular.
... Baba nağıl söyləyir,
çalışırdı bir gün də
nağıl ilə ötüşsün.
Nəvə dedi, - babacan!
Bu gün qonağımız var,
Elə nağıl söylə ki,
Göydən beş alma düşsün...