Fil haqqında əhvalat
Günlərin birində zooparkda fillərin yanından ötərkən, ayaq saxlayıb təəccüblə bu nəhəng heyvanların nazik iplə necə bağlı qala bildiklərini düşündüm. Nə zəncir, nə qəfəs. Aydın görünürdü ki, fillər asanlıqla ipi qıra bilərlər, amma hansı səbəbdənsə onlar bunu etmirdilər.
Mən təlimçiyə yaxınlaşıb bu nəhəng və möhtəşəm heyvanın ipdən çıxmağa can atmamaqlarının səbəbini soruşdum.
“Onlar hələ balaca olanda biz onları bu iplə bağlayırdıq və indi böyüdükcə inanırlar ki, bu ip onları möhkəm saxlayıb. Ona görə də qaçmağa can atmırlar,” - deyə təlimçi bildirdi.
Çox qəribə idi! Bu heyvanlar istənilən an çıxıb qaça bildikləri halda, ipin möhkəmliyinə inanırdılar, qaçmağa can atmırdılar. Bu fillər kimi bəzən biz də çox şeyləri etməyə can atmırıq, buna nail olmayacağımızı düşünüb geri çəkilirik.
07.11.2020