Şərqdə nə üçün çubuqlarla yeyirlər?
Çində və Yaponiyada çox qədim zamanlardan yeməyi çubuqların köməyi ilə yeyirlər. Əvvələn, bu, çox rahatdır: vaxtilə yolçunun süfrə ləvazimatını özü ilə daşımasına ehtiyac olmayıb, çünki o, hər hansı ağacdan çox asanlıqla çubuq kəsib hazırlayıb. İkincisi, çubuqlarla yemək faydalıdır, çünki çubuqlarla rahat çeynəmək üçün lazım qədər olduğundan artıq yemək götürmək olmaz. Üçüncüsü isə sağlamlıqdır. Nöqtəvi masajda ixtisaslaşan Çin həkimlərinin fikrincə, insan çubuqlarla yeyəndə əlində olan həyat əhəmiyyətli təqribən 40 nöqtə masaj olunur. Yapon həkimlərinə görə, çubuqlarla yeməyə başlayan uşaqlar qaşıqla yeyən uşaqlardan xeyli tez inkişaf edirlər. Çubuqlar simvolik əhəmiyyət də daşıyır. Onları razılıq və ayrılmazlıq əlaməti kimi təzə evlənənlərə, habelə ilk dəfə düyünün dadına baxması münasibətilə yüzgünlük körpəyə hədiyyə edirlər. Çubuqlar ağacdan, sümükdən və hətta metaldan hazırlanır.