Fikrət Qoca. Göygöl
Dağların zərif qarı,
Mavi gözəli Göygöl!
Maralların güzgüsü,
Dili nəğməli Göygöl!
Günəş gözlü Göygölüm,
Mənim quzum, Göygölüm!
Başı qarlı dağların
Zərif qızı Göygölüm!
Qəhrəman Həcərimin
Sən mavi örpəyisən.
Bu dağlarda çırpınan
Koroğlu ürəyisən.
30.10.2021