Şeirlər

Məmməd Rahim. Lalə

Köynəyi al ipək lalə,

Zərif, qəşəng, göyçək lalə.

Yanağında xalın qara.

Gen düzlərə, şiş dağlara,

Yamaclara yaraşıqsan,

İlk bahara çox aşıqsan.

Əlvan geysin çöllər, açıl!

Çox sevirəm üzünü mən,

Sevimlisən, şünki qızıl

Bayrağımın rəngindəsən!