Xəbərlər

Bu gün Beynəlxalq Məktəb Kitabxanaları günüdür

Beynəlxalq Məktəb Kitabxanaları Günü YUNESKO-nun təşəbbüsü ilə 1999-cu ildən etibarən qeyd olunur. İlk dəfə bu günün qeyd olunmasını Beynəlxalq Məktəb Kitabxanaları Birliyinin prezidenti Blanş Vullz elan edib. 2005-ci ildə bu bayramın rəsmi statusunu birliyin yeni prezidenti Piter Cenko təsdiqləyib.


2008-ci ildən bu günün qeyd olunması aylığa çevrilib (22 oktyabr – 22 noyabr). Bu isə hər bir məktəb kitabxanasına ay ərzində ən münasib tarixi seçərək bayramı qeyd etməyə imkan verir.


Kitabı uşaqlara ən yaxşı tanıdan kitabxanalardır. Burada ayrı-ayrı fənlərə aid əlavə materialları, tarixə, ədəbiyyata dair müxtəlif kitabları, ensiklopediyaları, bir sözlə, axtarılan sualların əksəriyyətinə cavab verəcək mənbələri tapmaq mümkündür.