Nağıllar, hekayələr

Konstantin Uşinski. Dörd istək

Mitya buz dağından xizəklə sürüşüb donmuş çayın üzərində konkisini sürdü. Evə sifəti qızarmış, şən vəziyyətdə gəlib atasına dedi:
 
- Qış nə qədər əyləncəlidir! Həmişə qış olmasını istəyirəm!
 
- İstəyini mənim cib kitabçama yaz! – atası Mityaya dedi. Mitya tərəddüd etmədən istəyini kitabçaya yazdı.
 
Bahar gəldi.
 
Mitya rəngli kəpənəkləri tutmaq üçün yaşıl çəmən boyu qaçdı və ətirli çiçəklər topladı. Yenə atasının yanına qaçaraq gəlib dedi:
 
- Bahar nə gözəldir! Həmişə yaz olmasını istəyirəm!
 
Atası yenidən kitabçasını çıxarıb Mityaya istəyini yazmağa verdi.
 
Yay gəldi.
 
Mitya və atası tarlaya işləməyə getdilər. Oğlan bütün gün boyu əyləndi: balıq tutdu, giləmeyvə yığdı və ətirli otda yuvarlandı. Axşam Mitya atasına dedi:
 
- Bu gün çox əyləndim! Kaş həç vaxt yay bitməzdi!
 
Mityanın bu istəyi eyni kitabçada qeyd edildi.
 
Payız gəldi.
 
Mitya atası ilə bağda qırmızı alma və sarı armudlar, topladı. Mitya çox sevindi və atasına yaxınlaşıb dedi:
 
- Payız bütün fəsillərin ən yaxşısıdır!
 
Atası cibindən kitabçasını çıxarıb Mityaya göstərdi və ona yaz, yay və qış haqqında da eyni sözləri söylədiyini xatırlatdı.