Ələmdar Quluzadə. Qara tut
Bizim həyətimizdə
Gör dırmaşıb hara tut.
Qafargilin bağında
Gördüm yoxdur qara tut.
Dedim açaq çadırı,
Sən də bir küncündən tut.
Çırpım, çadırın üstə
Tökülsün göydən ağ tut.
Sonra taxtanın üstdə
Bu tutları sən qurut.
Bircə ayın içində
Ağ tut olsun qara tut.