Hörümçək və ipəkqurdu
İpəkqurdu barama sarıyırdı.
Hörümçək isə bir küncdə torunu qurub qurtarmışdı. O, İpəkqur-duna baxıb gülürdü.
– Qonşu, çox yavaş işləyirsən. Bir bax işimi nə tez qurtardım. Gör nə qəşəng tor hörmüşəm.
İpəkqurdu ona belə cavab verdi:
– Doğrudur, sən cəld işləyirsən. Hördüyün tor da çox qəşəngdir, amma ondan heç kəsə fayda yoxdur. Sənin torunu süpürgə ilə süpürüb atacaqlar. Mənim baramamdan isə ipək toxuyub, paltar tikəcəklər.
01.07.2021