Şeirlər

Zahid Xəlil. Rezin qız

Bazar günü bazardan
Bir rezin qız aldılar.
Zərli - bəzəkli qızı
Zər zənbilə saldılar.
Bu rezin qız sürüşdü,
Zənbildən zığa düşdü.
Zığıldadı rezin qız.
Zığ - zığ zığıldayaraq
Bizi gətirsə zara
Zərli zənbilə qoyub
Qaytararıq bazara.