Şeirlər

Xanımana Əlibəyli. Dənizim Xəzər

Xəzər evimizlə durur üzbəüz,

Sulara baxıram mən gecə-gündüz.

Günəş yuxusundan ertədən durur,

Xəzər dənizinə çox bəzək vurur.

 

 

Səhərlər girəndə al-əlvan dona,

Sevinclə dayanıb, baxıram ona.

Gecələr edirəm ona tamaşa,

Biz onunla yuxulayırıq baş-başa.