Xəbərlər

Musiqi məktəbinin şagirdi beynəlxalq müsabiqədə uğur qazanıb

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Rauf Hacıyev adına 15 nömrəli onbirillik musiqi məktəbinin Xalq çalğı alətləri şöbəsinin kamança ixtisası üzrə şagirdi Zərintac Qurbanzadə 13-15 yaş kateqoriyası üzrə Rostov-Don şəhərində onlayn keçirilən çoxjanrlı “Art-Performance” beynəlxalq incəsənət müsabiqəsində uğurla iştirak edib.

 

İdarədən AZƏRTAC-a bildirilib ki, Zərintac Qurbanzadə müsabiqədə Arif Məlikovun “İki qəlbin dastanı” baletindən “Komdenin arzuları” əsərinin ifasına görə I dərəcəli diploma, Vittorio Montinin “Çardaş” əsərinin ifasına görə isə Qran-Pri mükafatına layiq görülüb.

 

Münsiflər heyəti Zərintac Qurbanzadənin müəllimi Ulduzə Məmmədovanı pedaqoji fəaliyyəti, peşəyə sədaqətinə, gənc nəslin yaradıcılıq qabiliyyətinin inkişaf etdirilməsi, istedadların üzə çıxarılması, təlimə əvəzsiz töhfə verdiyinə görə “Təşəkkürnamə” ilə təltif edib.