Ələmdar Quluzadə. Süd dişləri tökülür
Köçərinin dörd dənə
Dişi düşüb qabaqdan.
Onu suala tutub
Neçə uşaq bayaqdan.
- Dolçada su içibdir,
Dişini sel aparıb.
- Ağzı açıq qalıbdır,
Dişini yel aparıb.
Köçərinin sözünə
Hamı ürəkdən gülür:
- Dovşan südü içəndə
Süd dişləri tökülür.
02.06.2021