Şeirlər

Tofiq Mahmud. Hirsli arı

Bir oğlan

Bir arıya sataşdı,

Gah vurdu,

Gah da çubuqla qovdu,

Başına oyun açdı.

Bu arı

Birdən-birə dəyişib,

Sanki od-alov saçdı.

Onun dızıtısından,

Onun vızıltısından

Oğlanı qorxu aldı,

Odur ki,

İldırım kimi qaçdı.

Axı hara qaçır o?

Arı cumdu dalınca,

Çay kimi aşdı-daşdı.

Və birdən

Onun burnundan sancdı.

Ay aman!

Bu oğlan

Görün, nə günə düşdü,

Deyin, bu necı işdi,

Burun qoz boyda şişdi...

Mənim bir sualım var,

Kimdir, kimdir günahkar?