Şeirlər

Teymur Elçin. Bülbül və qarışqa

- A bülbül, sən

Hara belə tələsirsən?

- A qarışqa meşəliyə.

 

- Meşəliyə? Ora niyə?

- Taxta-şalban gətirməyə.

 

- Taxta-şalban nəyə gərək?

- İstəyirəm bir ev tikək.

 

- Kimdən ötrü ev tikirsən?

- Uşağıma tikirəm mən.

 

- Nəyə gərək uşaq-muşaq?

- A qarışqa, deyim, sən bax

 

Od yandırmağa,

Ocaq qorumağa,

Düşməni qırmağa,

Cəh-cəh vurmağa.