Şeirlər

Tofiq Mahmud. Kinodan gəlir İlqar

Çiynində taxta tüfəng

Kinodan gəlir İlqar.

Deyir: - Böyük bir pələng

Orda vardı, uşaqlar.

Elə ki onu gördüm,

Tez qaldırdım tüfəngi.

Güllə atıb öldürdüm

Mən o sarı pələngi.

Belə deyəndə İlqar

Gülüşdülər uşaqlar.