Ələmdar Quluzadə. Gülməli şeyə gülər
Günəbaxanı sevir,
O, tumun zəlisidir.
Gülər adlı bacım var,
Gülməyin dəlisidir.
"Əli"ni eşidəndə
Dilinə "Vəli" gəlir.
Gülərə göy gilənar,
Gilas gülməli gəlir.
Gülər gülə güləndə
Deyirəm ki, ay Gülər,
Qız uşağı güləndə
Gülməli şeyə gülər.
21.04.2021