Məzahir Məzhər. İkinci mən
Mən özümlə bacararam
Nə düşmüsən arxamca sən.
Qorxuram ki, alçalaram,
Əl çək məndən ikinci mən.
Çəkmə məni haram yola,
Özüm halal ola-ola.
Salma məni haldan-hala,
Qurtul dərddən ikinci mən.
Bir hikmətin varsa əgər,
Qüdrətini açıb göstər.
Bir bədəndə iki məni
Söylə hansı canlı istər?
Bezdim səndən ikinci mən.
08.04.2021