Şeirlər

Ələmdar Quluzadə. Babam ağır eşidir

Babama söz deyənlər

Səhərdən axşamacan

Nənəmi işə salır.

Babam ağır eşidir,

Nənəm əlləri ilə

Babamı başa salır.

 

Nənəm bizə söyür ki,

Yolu yoxuş edirik,

Yalı yeniş edirik.

Babamın qulağına

Nənəmin dediyini

Hamımız eşidirik.