Zeynal Xəlil. Bu gecə
Fikrimdə aylı, ulduzlu, asiman var, bu gecə
Qəlbimdə körpə quzu tək bir umman var, bu gecə
Təkcə sən yoxsan, əzizim, bilir aləm bu gecə,
Neyçin olmadın de, ey yar, mənə həmdəm bu gecə?
Araza axma desəm mən, inan, axmaz bu gecə
Şimşəyə çaxma desəm mən, inan, çaxmaz bu gecə
Təkcə sən yoxsan, əzizim, bilir aləm bu gecə,
Neyçin olmadın de, ey yar, mənə həmdəm bu gecə?