Ququ quşu
Planetimizin Şimal kontinentində yoxsul bir qadın yaşayırdı. Onun dörd övladı var idi. Övladlar anaya itaət etmirdilər. Səhərdən axşama kimi qarda oynayıb qaçırdılar, ancaq analarına kömək etmirdilər. Daxmaya girdiklərində üst başlarında evə qar gətirirdilər, paltarları isə islaq olurdu. Yazıq ana isə bütün qarı onların arxalarıyca təmizləyirdi, paltarlarını qurudurdu.
Ana üçün çətin idi. Belə çətin həyatın, əziyyətin nəticəsi olaraq bir gün ana bərk xəstələndi. Ana çarpayıda uzandı, uşaqlarını səsləyib dedi:
- Balalarım, mənə su verin. Boğazım quruyub. Bir az su gətirin.
Bir dəfə deyil, iki dəfə deyil, ana durmadan övladlarından su istədi - uşaqlar isə su gətirmədilər.
Böyük övlad dedi: - Ayağımda çəkmə yoxdur.
İkinci övlad dedi: - Papaqsızam.
Üçüncü qardaş dedi: - Paltarsızam.
Dördüncüsü isə ümumiyyətlə cavab vermədi.
Ana bir daha onlara səsləndi:
- Çay bizə yaxındır, paltarsız da gedə bilərsiniz. Ağzım yaman quruyub. Su istəyirəm!
Uşaqlar daxmadan çıxıb çölə qaçdılar, uzun müddət oynadılar və anaları tərəfə heç baxmadılar belə.
Nəhayət böyük qardaş acdı və yemək istədi, daxmanın içərisinə daxil oldu. Gördü ki, ana daxmanın ortasında dayanıb malitsasını (maral dərisindən paltar) geyinir. Birdən paltar lələklə örtüldü, ananın əlləri qanadlara çevrildi, dimdiyi və quyruğu əmələ gəldi. Ana ququ quşuna çevrilib, daxmadan uçdu bayıra.
Böyük qardaş quşun arxasınca qışqırdı:
- Qardaşlar, baxın, baxın: anamız quş olub uçur!
Uşaqlar analarının ardınca qaçaraq ona qışqırdılar:
- Ana, ana, sənə su gətirdik!
Ana isə cavab verdi:
- Ku-ku, ku-ku! Artıq gecdir, artıq gecdir! İndi göl suları qarşımdadır. Sərbəst sulara uçuram mən!
Uşaqlar anasının arxasınca qaçdılar, onu durmadan səslədilər, su dolu vedrəni isə ona uzadırdılar.
Kiçik oğul qışqırdı:
- Ana ana! Evə qayıt! Bir az su iç!
Ana uzaqdan cavab verdi:
- Ku-ku, ku-ku! Çox gecdir oğul! Mən artıq qayıtmayacağam!
Beləliklə, uşaqlar uzun günlər və gecələr analarının arxasınca qaçdılar. Daşların, bataqlıqların, təpələrin üstü ilə qaçmaqdan ayaqları qana bulandı, qaçdıqları yerdə isə qırmızı iz qaldı.
Beləliklə, ana-ququ quşu uşaqlarını əbədi tərk etdi.
O vaxtdan bəri ququ quşu özü üçün yuva qurmur və övladlarını özü böyütmür. Tundranın üstündə isə Qırmızı yosunlar bitir.
20.02.2021