Şeirlər

İsmayıl İmanzadə. Günəbaxan

Sinəsi qapqaradır,

Ləçəkləri sapsarı.

Ovuc-ovuc tumu var,

Nə buğdadır,nə darı.

Dan yeri qızaranda

Al şəfəqə boyanır.

Elə bil ki,günəşlə

Bir yatıb,bir oyanır.