Ə. Babayeva. Tək ağac
Nadir babası ilə qonşu kəndə gedirdi. Onların yolu meşədən keçirdi. Gün hələ qızmamışdı. Ağacların arasından keçdikcə yaşıl yarpaqlardan Nadirin üzünə su çilənirdi.
Bir qədər getdikdən sonra ağaclar seyrəkləşməyə başladı. Qabaqda tək bir ağac bitmişdi. Onun yarpaqları solmuşdu.
Nadir babasından soruşdu:
– Baba, ay baba, bir bax, bu ağacın yarpaqları necə saralıb?
Babası dedi:
– Meşə ağacları birlikdə olduqları üçün bir-birlərini küləkdən, doludan qoruyurlar. Bu ağac isə tək olduğundan heç yerdən köməyi yoxdur, payız da ona tez gəlib çatıb
16.02.2021