Doğru üsul
Bir zamanlar kök bir padşah var idi. O qədər piylənmişdi ki, bədəni elə bir ölçüyə çatmışdı ki, yeriməkdə belə çətinlik çəkirdi.
Padşah arıqlamaq istəyirdi və buna görə də vilayətin ən savadlı həkimlərini bir araya topladı. Onlara niyyətini söylədi.
Ancaq padşah nə qədər müalicə olunsa da, getdikcə daha çox kökəldi.
Nəhayət, ağıllı bir həkim tapıldı. O, padşahın əlindən tutub dedi:
- Əziz padşah icazə versə, astroloji kitablara baxacam. Təbiətin yalnız bildiyi bütün dərmanları araşdıracam və onları padşaha verəcəm.
- Çox yaxşı, - padşah sevindi, - Get astrologiya ilə bağlı bütün kitabları oxu! Bir dərman tapsan, o dərmanı dərhal mənə gətir!
Həkim getdi. Növbəti gün gəlib padşahın hüzuruna dedi:
- Lütf edən padşah üçün bir dərman yoxdur.
- Bu necə ola bilər axı! - padşah qışqırdı.- Necə dərman yoxdur?
- "Kitablarda deyilir," - həkim cavab verdi, - "Padşahın yaşamasına yalnız qırx gün qalıb, sonra da öləcək”.
Padşah çox qəzəbləndi və əmr verdi ki, həkimi zindana salsınlar.
- Bu şarlatanı həbsxanaya atın! Qırx gün keçdikdən sonra onun edamını əmr edəcəm!
Həkimi zindana atdılar, ancaq padşah özünə yer tapa bilmirdi: əgər həqiqi qırx gün yaşamağıma qalıbsa?! Birdən astroloqun kitabları yalan danışmırsa? Padşah gecə-gündüz ümidsizliyə qapılmışdı, qohumları və dostları artıq ona yas tutmuşdular.
Qırx gün keçdi. Padşah arıqladı, qamış kimi yüngül və incə oldu, ancaq ölməmişdi. O, həkimi saraya gətirməyi əmr etdi.
- Sabah səni edam edəcəyəm, - padşah dedi.- Niyə mənə yalan danışdın? Bax, mən sağ və salamatam.
- Görürəm, - həkim cavab verdi. - Arıqlamaq üçün başqa bir dərman tapmadım, yalnız bu cür arıqlaya bilərdiz.
Padşah bir müddət fikrə getdi, hər şeyi başa düşdü. Həm ölməyəcəyinə, həm də arıqladığına görə çox sevindi. Həkimi isə layiqincə mükafatlandırdı.
30.01.2021