Məzahir Məzhər. Gültacın marağı
Gültac girib bağçaya
Dərirdi çiçəkləri.
Dərdikcə hər bir gülü,
Sayırdı ləçəkləri.
Sual verdi:- anacan,
Nəyə görə güllərin
Ləçəkləri eynidi?
Heç birində bir ləçək,
Artıq-əksik deyildi?!
Ana dedi:-gül balam,
Torpaq özü yaradıb,
Nizamlayıb, nə varsa.
Güllər axı inciyər,
Birində az, çox olsa.
28.01.2021