Akif Mehmet. Qeybət
Bir adam müdrik qocanın yanına gəlib deyir:
– Filankəs sənin haqqında pis sözlər dedi.
– Nə vaxt?
– Bu gün.
– Harada?
– Öz evində.
– Sən onun evində nə edirdin?
– Ziyafət verirdi. Məni də dəvət etmişdi.
– Nə yedin?
– Səkkiz növ yemək var idi. Hamısından yedim.
Qoca deyir:
– Səkkiz növ yeməyi qarnına sığışdırmısan. Bu bir sözü niyə qarnında saxlaya bilmədin?
26.01.2021