Şeirlər

Balaş Azəroğlu. Payız gəlir

Saralır göy yarpaqlar,
Soyunurlar budaqlar.
Sanki bağçalar, bağlar
Deyirlər: Payız gəlir.


Solub əlvan çiçəklər,
Görünmür kəpənəklər.
Əsir soyuq küləklər –
Deyir ki: Payız gəlir.


Şimşəklər axıb gedir.
Göylər nə qəribədir.
Qaranquşlar köç edir,
Deyir ki: Payız gəlir.